• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2114
— 15.05.2023 12:37

Xoşbəxt ailə modeli

KepezTV Player

 

İnsan üçün həyatın mənası elə ailəsidir. Bilirik ki, ailə bütövlüyünü qoruyan amillərdən biri də xoşbəxtlikdir.  Bəs görəsən xoşbəxt ailənin sirri nədədir?

Amin İsgəndərov: “Xoşbəxt ailənin sirri mənim fikrimcə, birinci səmimiyyət və heç bir şeyi bir-birindən gizləməməkdir. Bir-birinə dəstək olmaqdır”.

Sona İsgəndərova: “Xoşbəxt  ailənin sirri odur ki, bir-birinizə güvənirsiniz, heç nə gizlətmirsiniz. Həyat yoldaşı seçirsənsə, həyatının hər şeyini onunla bölüşürsən. Bütün çətinlikləri onunla danışırsan, məsləhət alırsan. Yəni bizim ailədə belədir. Belə olmaq lazımdır ki, ailə daha da böyüsün. Ailənizin yaxşı olması üçün, sən də, yoldaşın da yaxşı olmalısınız”.

- Ailənin xoşbəxtliyini necə qoruyursunuz?

Amin İsgəndərov: “Bir-birimizi başa düşərək. Əsas da odur ki, xoşbəxtliyimizi möhkəm edən övladımızdır. Həyatımıza maraq qatır. Körpəmiz olduğu üçün, evdə olanda görürəm ki, yoldaşım hər hansi bir işi çatdıra bilmir, ona kömək edirəm. O da mənim işlərim çox olanda çalışır ki, mənə bacardığı qədər kömək etsin. Bir-birimizə dəstək oluruq”.

Sona İsgəndərova: “Ailənin xoşbəxtliyini qorumaq üçün, səmimiyyət, güvən lazımdır. Ailədə səmimiyyət olmalıdır. Qadın-kişi söhbəti olmalı deyil, hər kəs bir-birinə kömək etməlidir. Fikrinə hörmətlə yanaşmağı bacarmaq lazımdır. Yəni bizdə elədir. Yoldaşım sağ olsun, hər bir işdə əlindən gəldiyi qədər kömək etməyə çalışır”.

- Hər bir ailənin özünəməxsus problemləri olduğu kimi, özünəməxsus çıxış yolları da var. Siz necə, probleminiz olanda necə öhdəsindən gəlirsiniz ?  

Amin İsgəndərov: “Problem yarananda çalışırıq ki, oturaq müzakirə edək və o problemdən çıxış yolu axtaraq tapaq. Məsləhətləşərək o problemi aradan qaldırmağa çalışırıq. Və buna nail oluruq, şükür Allaha”.

Sona İsgəndərova: “Çıxış yolu tapmağa çalışmaq lazımdır, bir yerdə - ikiniz, üçüncü şəxs olmadan problemi  həll etməyi bacarmaq lazımdır ki, ailə daha da çox uzunömürlü və  möhkəm olsun”.

- Yeni ailə quran gənclərə ailələrinin möhkəm olması üçün, nə məsləhət verə bilərsiniz?

Amin İsgəndərov: “Birincisi, sevdiyiniz insan ilə ailə qurmağınızı məsləhət görərəm. Çünki onda həm bir-birinizi yaxşı başa düşürsünüz, həm də necə var elə qəbul edirsiniz. Bir də ki, ən əsası kompromisdir. Həyat yoldaşınızla kompromisə getməyi bacarmalısınız və hər bir vəziyyətdə bir-birinizi başa düşməlisiniz”.

Sona İsgəndərova: “Yeni ailə quran gənclər üçün, öncə güvən, səmimiyyət, iki nəfərdən ibarət olan bir dünya, başqaları olmadan öz problemlərinizi özünüz həll edin. Heç kəsdən heç nə gözləməyin, hər şeyi özünüz etməyə çalışın. Bir-birinizə kömək etməyi bacarın. Ailənin özü bir məsuliyyətdir və bu məsuliyyətin üzərindən qalxmaq lazımdır, təbii ki, tək yox, həyat yoldaşınızla bir yerdə!”

Günay Əsgərova