• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2054
— 14.05.2023 19:54

Xarici səyyahlar Qarabağa səfər ediblər

KepezTV Player

İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının 30 nümayəndəsi Qarabağa və Şərqi Zəngəzura səfər edib. İsveç səyyahlar qrupu işğaldan azad olunan ərazilərdə aparılan yenidənqurma işləri ilə bağlı məlumat almaqla yanaşı, tarixi yerlərə də baş çəkiblər.

İsveçin “Club 100” təşkilatının 30-dan çox səyahətçisindən ibarət nümayəndə heyəti Xocavənd, Füzuli, Ağdam, Zəngilan, Cəbrayıl, Laçın və Kəlbəcərə səfər edib. Səfər zamanı erməni işğalı zamanı ərazinin məruz qaldığı ekoloji terror, flora və faunaya qarşı törədilən cinayət barədə səyyahlara məlumat verilib. Ərazi erməni işğalından azad ediləndən sonra aparılan sürətli yenidənqurma və bərpa işləri ilə tanış olan səyahətçilər, Ermənistanın törətdiyi mina terrorunun da şahidi olublar. Onlara bu ərazilərdə aşkarlanan minaların və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi prosesi nümayiş etdirilib. Son iki ildə Qarabağ və Şərqi Zəngəzura xarici səyyahların 6 səfəri təşkil olunub.