• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2543
— 12.05.2023 16:02

Gəncə sakinlərində odlu silah aşkarlanıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Baş İdarənin Cinayət-Axtarışı İdarəsinin əməkdaşları şəhər sakini Qurban Qurbanovu yaxalayıblar. Şəxsin üzərinə baxış keçirilən zaman lüləsi və qundağı kustar üsullə kəsilmiş bir ədəd “TOZ8” tüfəngi və 3 ədəd patron aşkarlanaraq götürülüb. Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə yaşadığı evdə müvafiq sənədləri olmayan tüfəng saxlayan şəhər sakini Ceyhun Kazımov saxlanılıb. Evdən 1 ədəd “Karabin” tipli odlu silah və 4 ədəd patron aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.