KepezTV Player
Gəncədə Sosial Xidmətlər Agentliyinin 4 saylı Psixonevroloji Sosial Xidmət Müəsisəsinin sakinləri tibbi müayinədən keçirilib. Aksiyada terapevtik, flüoqrafik, kardioloji, nevroloji, dermatoloji və stomatoloji xidmətlər göstərilib. Müəssisənin sakinlərindən qan nümunələri götürülüb, ehtiyacı olanlar rentgen və ultrasəs müayinəsindən keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı keçirilən tədbirdə məqsəd xəstəliklərin vaxtında aşkarlanaraq müalicə edilməsidir.
- Baxış: 187