Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib. İmtahan Gəncə də daxil olmaqla, ümumilikdə 21 şəhər və rayonda, 105 binada təşkil olunub. 23 108 nəfərin biliyini sınaması üçün təşkil edilən prosesin idarə olunması üçün 105 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 2160 nəzarətçi-müəllim ayrılıb. 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, 1 nəfərdə yoluxucu xəstəlik – qızılca müşahidə olunduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq içəri buraxılmayıb. Azərbaycan dili imtahanının ikinci cəhdi iyunun 18-də keçiriləcək. İştirak üçün qeydiyyat 25 may – 5 iyun tarixlərində olacaq.
- Baxış: 231