KepezTV Player
Gəncədə TƏBİB-lə birlikdə Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən immunlaşdırma həftəsinin yekunu olaraq hesabat toplantısı keçirilib. Aprelin 24-29 tarixlərdə reallaşan immunlaşdırma həftəsi çərçivəsində peyvənd olunmayan 6 yaşa qədər olan uşaqların immun sistemi möhkəmləndirilib. Gəncədə uşaqların peyvəndi 9 Ailə Sağlamlıq Mərkəzində təşkil edilib. 53 uşağa peyvənd vurulub. Bunun üçün Səhiyyə Nazirliyi tərəfindən dərmanlar göndərilib. Həmçinin uşaqlarını peyvəndə gətirən valideyinlərlə də maarifləndirici söhbətlər aparılıb. Uşaqların sağlamlığı üçün bunun vacibliyi vurğulanıb. Tədbirdə iştirakçıları maaraqlandıran sullar cavablandırılıb.
- Baxış: 314