• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1795
— 29.04.2023 20:31

Hande Harmancı: "Yoluxmalar davam edir, diqqətli olmaq lazımdır"

KepezTV Player

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Ofisi Avropa İttifaqının maliyyə dəstəyi ilə 2021-ci ilin iyun ayından etibarən 3 illik layihəyə start verib. “Vaksinasiyaya Dəstək” layihəsi COVID-19 pandemiyasına qarşı mübarizə və rutin immunlaşdırma proqramlarının gücləndirilməsi üçün həyata keçirilməyə başlanılıb. Layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir. Əsas məqsəd yerli tərəfdaşlarla birgə ölkədə pandemiyanın növbəti dalğasının yaranmasının qarşısının alınması və risk qrupları arasında peyvənd olunmağı təbliğ etməkdir. ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancıda yoluxmaların davam etdiyi dönəmdə diqqətli olmağı tövsiyyə edib.