KepezTV Player
Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə 2 müxtəlif ünvandan - Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətinə məxsus boruların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ruslan Lepexov və Aqşin Məmmədov saxlanılıb. Hər iki şəxs ifadəsində binaların zirzəmisində olan dəmir boruları oğurlayaraq metal qəbuletmə məntəqələrinə satdıqlarını etiraf ediblər. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 411