KepezTV Player
Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi Azərişıq ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub. Bu barədə qurumdan məlumat verilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.
- Baxış: 301