• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1468
— 21.04.2023 21:32

Gəncədə su-kanalzasiya layihəsinin ikinci mərhələsinə başlanılıb

KepezTV Player

Gəncədə əhalinin fasiləsiz, dayanıqlı içməli su ilə təmin etmək üçün su-kanalzasiya xətlərinin çəkilməsi davam edir. İkinci mərhələ üzrə ev birləşmələri və sayğacların qoyulması da həyata keçilir.

Gəncədə su-kanalzasiya xətlərinin çəkilişi üzrə ikinci mərhələ işləri şəhərin İsrafil Məmmədov küçəsində aparılır. Burada kanalzasiya xəttinin çəkilişi aparılır. Ardından isə su boruları yenilənəcək. Ümumilikdə ilin əvvəlindən indiyə kimi su-kanalzasiya xətlərinin çəkilişi ilə yanaşı  227 evin su, 183 evin kanalzasiya bağlantısı həyata keçirilib. 

Sabir Heydərov sakin: Sularımız çox çətinliklə gəlir. Gələndə də saatla verirlər. Camaata su çatmır. Kanalzasiya xətləri işləmir. Yağış yağanda bu küçədən keçmək mümkün deyil. İndi çox sağ olsunlar gözəl işlər görürlər. Allah qoysa küçəmizdə kanalzasiyada su da olacaqdır.

 

Arzu Quliyev sakin: Suyumuz bərbad olubdur. Bir saat texniki su verirdilər. İndi su çəkirlər. Çox gözəl, çox razıyıq.

İlin sonuna kimi şəhərin Muxtar Hacıyev, Şəddadilər, İsrafil Məmmədov, Nəsif bəy Yusifbəyli, Ruzigar Qasımov və digər küçələrdə su kanalzasiya xətlərinin çəkilməsi planlaşdırılır. Bu istiqamətdə işlərə mayın əvvəlindən başlanılacaq. Bundan başqa işlərin yarımçıq qalan ərazilərdə davam etdirilməsi nəzərdə tutulub. 

Rahib Aslanov Azərsu ASC-nin mühəndisi: Gəncə şəhərinin su təchizatı və kanalzasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində 2023-cü ilin dövlət proqramına uyğun olaraq ümumi uzunluğu 18,5 km olan müxtəlif diametrli kanalzasiya xətlərinin və eyni zamanda ümumi uzunluğu 16 km olan müxtəlif diametrli su xətlərinin çəkilməsi nəzərdə tutulmuşdu. Eyni zamanda 1900 evə balantılarıda nəzərdə tutulub. 

 

Hazırda görülən işlər çərçivəsində su kanalzasiya xətlərinin ev birləşmələri həyata keçirilir. Şəhərin Təbriz küçəsində indiyə kimi 200 evin birləşmələri tam başa çatıb. Ümumilikdə isə Təbriz küçəsində su kanalzasiya xətlərinin işləri aprel ayının sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

 Gəncədə su-kanalzasiya xətlərinin çəkilməsi mərhələli şəkildə 2025-ci ilin souna kimi davam edəcək. Bu müddətdə 70 min m-ə yaxın su, 66 min 400 m kanalzasiya xətti yenilənəcək. 7500 evin kanalzasiya xətti yeni sistemə qoşulacaq, 3 mindən çox abonentin mənzilinə sayğac quraşdırılacaq. 

Elnur Vahidoğlu