• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 948
— 09.04.2023 20:33

Hicabsız qadınları müəyyənləşdirmək üçün kameralar quraşdırılır

KepezTV Player

İranda hicabsız gəzən qadınlara qarşı yeni təqib metodundan istifadə olunacaq. Belə ki, molla rejimi baş örütüyündən imtina edən və ya hicabı düzgün geyinməyən qadınları "ağıllı videokamerlar" vasitəsilə aşkar edəcək. Qaydanı pozanlar əvvəlcə xəbərdarlıq məktubu alacaq. Amma bu hal təkararlanarsa, onların həbsi məsələsi gündəmə gələcək.

Aylardır etiraz aksiyalarının meydanına çevrilən İranda vəziyyət hər ötən gün daha da pisləşir. Polis hicabsız gəzən və ya onu səhv taxan qadınları müəyyənləşdirmək üçün ictimai yerlərdə və küçələrdə “ağıllı videokameralar” quraşdırmağa başlayıb. Bununla yanaşı hicabsız gəzən qadınların bank hesablarının dondurulması da gündəmdədir. Qanunu pozanlar əvvəlcə xəbərdarlıq məktubları alacaqlar. Bu hal ikinci dəfə təkrarlanarsa, qadınların həbs ediləcəyi ehtimalı daha yüksəkdir.

Məsələ ilə bağlı isə bir müddət əvvəl iran telekanallarından birinə polis qüvvələrinin komandiri Əhmədrza Radan vurğulayıb ki, aprelin 26-dan avtomobillərdə və kamera olan yerlərdə hicabdan imtina edən qadınlar cəzalandırılacaq. Amma görünür, xalqın mübarizə əzmini qıra bilməyən Tehran dövləti qadağalara indinən başlamağa qərar verib.

Oqtay Qasımov- siyasi şərhçi: “Bu cür addımlar heç bir nəticəyə gətirib çıxarmayacaq. Çünki, 21-ci əsrdə, orta əsrlər zehniyyəti və metodları ilə insanları idarə etmək mümkün deyil. İnsanlar müasir dünyada baş verən prosesləri çox aydın şəkildə görürlər. Və rejimin bu sərtləşməsini qəbul etməyəcəklərinin işarətlərini də nümayiş etdirirlər. Rejim nə qədər bu məsələlərdə sərtlik nümayiş etdirsə də, etirazçıların da müqavimət gücünü bir az da artacaq. İranda bu addımlar məsələnin həllinə yox, etirazın daha da artmasına gətirib çıxaracaq”.

Məhəmməd Rəhmanifər- siyasi şərhçi: “İran rəsmiləri görürlər ki, xiyabanda artıq qadınların, qızların qabağını kəsməklə, onları döyməklə, tutmaqla həm bu işin qabağını ala bilmirlər, həm başqa tərəfdən bu məsələlər demək olar ki, kameralara çəkilir və hər yerdə yayımlanır. Belə olanda da kütləvi etirazlara səbəb qazandırırlar. Bunun üçün də bunların son düşüncələri budur ki, bir az səssizcə hicab məsələsini qabağa aparsınlar. Xiyabanda döyməkdənsə, öldürməkdənsə, məsələn, bir xanım maşınında başı açıq olduğunuda, cərimə yazırlar. Mən bilirəm ki, bu məqsədlə uğur qazana bilməyəcəklər”.

Hicabını düzgün geyinmədiyi üçün döyülən 22 yaşlı Məhsə Əmininin ölümündən sonra İranda qadınlar hicabsız gəzirlər. Ötən ilin sentyabrından başlayan etirazlarda hökumət qüvvələrinin amansız rəftarı nəticəsində onlarla qadın qətlə yetirilib. Amma Molla rejiminin qeyri-insani rəftarına baxmayaraq, xalqın mübarizəsi hələ də davam edir. İğtişaşlar zamanı İran Daxili İşlər Nazirliyinin məlumatına görə, 200 nəfər həlak olub. Müstəqil QHT-lərin məlumatına görə isə, ölənlərin sayı 500-dən çoxdur. Dekabrın 4-də İran rəhbərliyi əxlaq polisini ləğv edib.

Fərid Mehdiyev