KepezTV Player
Gədəbəy rayonunun Moruxlu kəndində evdən ər və arvadın meyitləri aşkarlanıb. 1959-cu il təvəllüdlü Əliyev Oktay Həsən oğlu və 1962-ci il təvəllüdlü arvadı Məmmədova Məryam İlyaz qızının meyitləri aprelin 7-də saat 09:50 radələrində yaşadıqları evlərində aşkarlanıb. Həmin vaxt evdən kəskin qaz iyi gəlib və yataq otağında qaz sobası işlək vəziyyətdə olub.Oktay Əliyevin meyitinin bədən səthində xəsarət və ya xəsarət izi aşkar edilməyib, Məryam Məmmədovanın meyitinin bədən səthində isə yanıq sahəsi aşkarlanıb. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
- Baxış: 324