• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1808
— 06.04.2023 16:13

"Saxlanılanlar İran ideologiyasının təbliğatçılarıdırlar"

KepezTV Player

"Milli Məclisin üzvü Fazil Mustafaya qarşı törədilən terror aktının duran şəxslərin kimlər olduğu artıq hər kəsə bəllidir. Burada İran fars molla rejiminin, İran xüsusi xidmət oqranlarının sifarişi və əli olduğu aydındır". Bu fikirləri Kəpəz televiziyasına açıqlamasında deputat Naqif Həmzəyev bildirib. Həmkarı ilə bağlı məsələyə münasibət bildirən millət vəkili qeyd edib ki, həbs edilən şəxslərin kimliyinə baxmaqla, son dövlərdəki siyasi-ictimai fəaliyyətlərinə, dini baxışlarına nəzər yetirməklə onların radikal mövqe sərgilədiklərini görmək olar. Saxlanılanlar faktiki olaraq İran ideologiyasının təbliğatçılarıdırla

Naqif Həmzəyev əlavə edib ki, Azərbaycanı təhdid, terror yolu ilə susdurmaq olmaz. Azərbaycan ona xəyanət edənləri heç vaxr bağışlamır. İranın etdiyi İslam dünyasına, qonşusuna və uzun illər tarixi, mədəni əlaqəsi olan xalqa qarşı xəyanətdir. İran tərəfi unutmamalıdır ki, Arazın o tayında 45 milyondan çox Azərbaycan türkü yaşayır. Və ən azı onlardan çəkinməlidir. Cənubdakı azərbaycanlıların hüquqlarını tapdalayan fars rejimi bu azmış kimi Şimali Azərbaycanın işinə qarışmamalıdır.