Böyümə çağında olan bəzi uşaqlar məktəbdə tətbiq edilən təlim-tərbiyə qaydalarıyla uyğunlaşmaqda çətinlik çəkirlər. Hətta, bəzən qoyulmuş qadağalara əməl etmir, təyin edilmiş davranış normalarına riayət etmirlər. Bütün bunlar isə hələ həyatı tam dərk etməyən şagirdlər üçün, onlara həssas yanaşmaq əsas götürülməklə, daha sərt qaydaların qoyulmasını labüd edir. Məhz bu səbəbdən də, hazırda bəzi məktəblərdə yeni qaydalar tətbiq edilir. Yeniliklərlə tanış olan valideynlərin təyin olunmuş bu dəyişikliklərə münasibəti isə maraq doğurur.
Tətbiqinə artıq başlanmış təzə qaydalar şagirdlərin daha təhlükəsiz və distiplinli şəraitdə tədrisini mümkün etdiyi üçün, təbii olaraq, valideynlər tərəfindən də müsbət qarşılanır. Onlar həm öz uşaqlarının, həm də digər şagirdlərin nəzarət altında olduğunu bildiklərindən, yeni sistemin nizam-intizam qaydalarından öz razılıqlarını bildiriblər.
Ancaq unutmamaq lazımdır ki, təzə qaydaların gətirdiyi məhdudiyyətlərlə birbaşa olaraq uzlaşmalı olan tərəf şagirdlərin özlərindən başqası deyil. Onların da bu mövzuya münasibətini eşitməli, yeni üsullarla tədbiq olunan təlim-tərbiyənin bir şagirdin nəzərindən necə dəyərləndirildiyini də bilməliyik.
Həyat uğur qazanmaq üçün qarşımıza bir çox fürsət çıxarır. Bu yerdə ən böyük şans isə yaxşı məktəb yolu keçməkdir. Bunun üçün 2 şey lazımdır. Təkmilləşdirilmiş məktəb və çalışqan şagird. Birincini təhsil sistemi təmin edir. 2-cinin öhdəliyi isə siz şagirdlərdədir. Gələcəyimizin gəncləri, xoş sabahlar!
Aysel Abbasova
- Baxış: 305