• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1151
— 01.04.2023 20:25

Qar qərb bölgəsinin rayonlarını ağ örpəyə bürüyüb, yollara qum-duz qarışığı səpilir

KepezTV Player

Ötən gündən başlayaraq Şuşa şəhərinə qar yağıntıcı davam edir və hazırda havanın temperaturu -2 dərəcədir. Şəhər ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yolların qardan təmizlənməsi işləri aparılır.

Qərb bölgəsində Daşkəsən rayonuna da artıq iki gündür, qar yağır, şaxtalı hava şəraiti davam edir. Yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində 5-10 santimetr, daha yüksəklikdə yerləşən Çıraqlı, Əmirvar, Zinzahal, Qabaqtəpə, Astaf, Alaxançallı, Qaraqullar kimi dağ kəndlərində 15-20 santimetrə çatıb. Kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün ərazilərə qum-duz qarışığı səpilir. Aparılan qabaqlayıcı tədbirlər nəticəsində qazın, işığın və içməli suyun verilişində heç bir problem yoxdur.

 

Gədəbəy rayonu da ağ örpəyə bürünüb. Dünən gecədən başlayaraq qar dağ kəndləri ilə yanaşı rayonun mərkəzinə də yağıb. Dağlıq ərazilərə təxminən 35 sm-dan artıq, rayon mərkəzinə isə 5-10 sm qar yağıntısı düşüb. Göygöldə isə qar örtüyünün qalınlığı 4 sm-ə çatıb.