Gəncənin Heydər Əliyev Mərkəzində "Yaşıl Şəhər Fəaliyyət Planı" ilə bağlı növbəti dəfə müzakirələr aparılıb. Azərbaycanda ilk dəfə olaraq məhz Gəncə şəhəri Prezident İlham Əliyevin tapşırığı ilə 2020-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankının "Yaşıl şəhərlər" proqramına qoşulub. Gəncə Yaşıl Şəhər Fəaliyyət Planı strateji baxışı 15 illik bir zamanı əhatə edir. Bu dövrdə Gəncədə çirklənmiş ərazilərin təmizlənməsi, ağıllı texnologiyalardan istifadə etməklə enerji səmərəliliyini artırmaq və ekoloji probemləri həll etməklə sənaye potensialını inkişaf etdirmək imkanı əldə olunacaq. Yaşıl Şəhər Fəaliyyət Planı yüksək keyfiyyətli və mükəmməl şəkildə əlaqələndirilmiş yaşıl ərazilərin salınmasına, yeni ictimai nəqliyyat şəbəkəsinin, içməli su və çirkab su xəttləri infrastrukturunun yaradılmasına, həmçinin bərk məişət tullantılarının idarə edilməsi kimi ictimai xidmətlərin yaxşılaşdırılmasına töhfə verəcək. Görüş ekspert qrupunun üzvlərinin və maraqlı tərəflərin iştirakı ilə keçirilən tematik sessiyalarla davam edib.
- Baxış: 214