Samux rayonunda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumrayon şənliyi keçirilib. Heydər parkında rayon ictimaiyyəti ilə yanaşı, Qarabağ müharibəsi əlilləri, şəhid və aztəminatlı ailələr də sevə-sevə qeyd edilən Novruz bayramının iştirakçıları olub. Tədbirdə təbriklər səsləndirilib, bahar bayramının ruzi-bərəkət gətirməsi arzulanıb. Novruz tonqalını alovlandırıldıqdan sonra milli geyimli uşaqlar tonqalın ətrafında halay vurublar. Səmya sülh rəmzi olan göyərçinlər buraxılıb. Təşkil edilmiş süfrələrlə tanışlıq olub, idmançılarının nümunəvi çıxışları izlənilib. Novruz bayramının əsas personajları olan Kosa, Keçəl və Bahar Qızı şənlik iştirakçılarının bayram ab-havasını daha da artırıb. Tədbir Sərkar Uşaq Musiqi Məktəbinin kollektivi tərəfindən hazırlanan rəngarəng konsert proqramı ilə davam edib.
- Baxış: 465