Naftalanda şəhid, qazi övladları ilə birgə ilaxır çərşənbə qeyd olunub. Novruzun son müjdəçisi olan Torpaq çərşənbəsində bir araya gələnlər Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsini yad edilib. Tədbirdə xalqımızın zəngin milli dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz bayramının milli varlığın rəmzinə çevrildiyinə toxunulub, Heydər Əliyev İlində bayramlaşmağın, tarixi yüzilliklərə gedən Novruzu birlikdə qeyd etməyin iki qat bayram sevinci yaşatdığına diqqət çəkilib. Qazanılan böyük uğurlar və qələbələrin hər gələn yazaın daha bərəkətli olmasını şərtləndirdiyi vurğulanıb. Təqdim olunan konsert proqramından sonra şəhid və qazi övladları ilə birgə ağaclar əkilib, ərazidə yaşıllaşdırma işləri aparılıb. Alovlandırılan Novruz tonqalının hərarəti, Keçəl və Kosanın şən zarafatları tonqal ətrafına yığışan uşaqlar tərəfindən böyük coşğu ilə qarşılanıb, uşaqlarda xoş bayram əhval ruhiyyəsi yaradıb. Tədbir iştirakçılarına bayram hədiyyələri təqdim edilib.
- Baxış: 263