Bu gün Bakıda atışma olub. Hadisə paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş verib.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, silahlı insident zamanı xəsarət alan 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir. TƏBİB-dən verilən məliçata görə, sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb. Vəziyyəti orta ağır qiymətləndirilir. O, Azərbaycan Tibb Universitetinin 4-cü kurs tələbəsidir. Hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar davam etdirilir.
- Baxış: 322