Əməkdar rəssam, heykəltaraş Şərif Şərifovun yaradıcılığında Heydər Əliyev izi xüsusi cizgi olub. Sovetlər dönəmində ulu öndərin təklifləri ilə ərsəyə gələn memarlıq nümunələri müstəqillik illərində xarakterini dəyişmiş formada özünü biruzə verib. Ələlxüsus da Gəncənin baş meydanında ucaldılan əzəmətli heykəl heykəltəraşın şah əsəri kimi təqdim edilir. Bununla belə Şərif Şərifov Heydər Əliyev yaradıcıllığında yeni əsərlər üzərində çalışır.
Ulu öndər Heydər Əliyevin 10-a yaxın heykəlinin, 20-yə yaxın portreti olan xalçanın müəllifi olan Şərif Şərifov hazırda da bu istiqamətdə yaradıcılığını davam etdirir. 2 heykəlin eskizi tamamlanmaq üzrədir. Heydər Əliyevin obrazı olan xalça da tamamlanır.
Heydər Əliyevin tarixdə yeri və rolunu heykəltaraş yaratdığı sənət əsərində göstərməyə çalışıb.
Şərif Şərifov- Əməkdar rəssam: “Heydər Əliyev şəxsiyyəti əvəzolunmaz şəxsiyyətdir. Çox aktiv, yaxın məsafədən daha çox insani hisslərə malik olan, sənin qəlbini ələ alırdı. Heydər Əliyevlə 10 dəfə görüşmüşəm. Müasir əsərləri sevirdi. Mən onda yeni kollaj üsulu ilə işləyirdim. Hamı mənə dedi ki, sən ona nə göstərirsən? Dedim, müasir bir əsər göstərdim. Bu, onun çox xoşuna gəldi. Yenə də bu əsərlərimdə Heydər Əliyev böyüklüyünü verməyə çalışıram”.
Şərif Şərifov əsərlərində Heydər Əliyev obrazını möhtəşəm, lakonik və aydın təqdim etməyə çalışıb. Üzərində işlədiyi sənət əsərləri isə "Heydər Əliyev ili"nə özünəməxsus yanaşmadır.
Elnur Vahidoğlu
- Baxış: 244