Gəncədə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədovun 85, “Aqromexanika” Elmi-Tədqiqat İnstitutun direktoru Kamil Fətəliyevin isə 80 illik yubileyləri qeyd edilib. Hər iki dəyərli ziyalı şəhərin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edir, Vətənin tərəqqisi, yüksəlişi üçün çalışırlar. Yeniyetmə və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Tədbirdə hər iki görkəmli alimin Gəncənin elm və təhsil sahəsinə verdiyi töhfələrdən və şəhərin ictimai həyatında əvəzsiz xidmətlərindən bəhs edilib. Nurəddin Məmmədovun və Kamil Fətəliyevin özəlliklə aqrar sektordakı böyük nailiyyətlərindən danışılıb. Yubilyarlara Gəncənin ictimai-siyasi, elm və təhsil həyatında göstərdikləri səmərəli fəaliyyətlərinə görə “Təşəkkürnamə”lər təqdim olunub, hədiyyələr verilib, onlara xoş arzular çatdırılıb.
- Baxış: 362