Gənclər və İdman Nazirliyi tərəfindən daha bir layihə həyata keçirilir. Bu dəfə regionlarda şagirdlər üçün üzgüçülük məşğələləri təşkil edilir ki, bu dərslərə gəncəli məktəblilər də qatılıblar.
Nizami yurdundakı Yerli Olimpiya İdman Kompleksində keçirilən məşğələlər “Üzməyi öyrənək” adlı layihəyə çərçivəsində baş tutur. Pilot layihədə təyin olunan peşəkar məşqçilər tərəfindən uşaqlara üzgüçülüyün sirləri öyrədilir. Çalışdırıcıların nəzarətində azyaşlılar müxtəlif hərəkətləri yerinə yetirərək üzmək vərdişlərinə yiyələnməklə yanaşı, eyni zamanda əyləncəli vaxt keçirirlər.
İlkin olaraq Gəncənin 4 nömrəli tam orta məktəbinin şagirdləri layihəyə cəlb olunublar. İndiyədək 500-dən çox azyaşlı məşğələlərdə iştirak etmək üçün qeydiyyatdan keçib.
Üzgüçülük məşğələləri bölgü üzrə həftənin hər günü müxtəlif saatlarda günün ikinci yarısında keçirilir. Layihə 1 aya yaxın davam edəcək.
- Baxış: 278