Bəzi hallarda dəblə ayaqlaşmaq üçün etmədiyimiz heç nə qalmır. Buna xoşbəxt və sağlam gülüşlər də aiddir. Başlıca səbəbi isə məhz dişlərimizdir. Bəs biz dişlərimizə nə qədər qayğı ilə yanaşırıq?
Bəzən mükəmməl görünüş adı altında sağlam olan dişlərimizi də bərbad hala salırıq. Bu barədə çox danışmaqdansa, mütəxəssisdən eşitməyi üstün tutub, videosüjetə nəzər salaq.
Son zamanlar balacadan-böyüyə kimi hər kəsin istifadə etdiyi breket dəbdədir. Ağıllarda belə bir sual yaranır, breket müalicəsinə necə diqqət yetirməliyik?
Gülümsəyəndə birbaşa olaraq gözə dəyən dişlərimiz üçün də həssas davranmalıyıq. Mütəxəssislər deyir ki, gündə 3 dəfə dişlərinizi fırçalayın və diş ipi istifadə edin. Əgər dişlərinizdəki sarı ləkələrdən şikayətçisinizsə, dişlərinizi peşəkar olaraq ağartdıra bilərsiniz, yaxud da ağardıcı təsiri olan diş məcunlarından istifadə edə bilərsiniz.
Gözəllik, hər kəsə görə dəyişən nisbi bir anlayışdır. Kimi üçün incə bel gözəllik ölçüsüdürsə, kimiləri üçün isə bu, xoşbəxt təbəssümdür. Əsas gözəllik isə sağlamlığımıza xələl gətirmədən ərsəyə gətirdiyimiz gözəllikdir.
Tellan Zeynalova
- Baxış: 317