KepezTV Player
Ağstafada quldurluq etməkdə şübhəli bilinərək saxlanılan şəxsin digər cinayətləri də üzə çıxıb. Belə ki, əvvəllər məhkum olunmuş Pərviz Yolçuyev və Ümid Zeynalov rayon sakini olan qadının evinə qanunsuz olaraq daxil olub, onu ölümlə hədələyərək 250 manat nağd pulunu, 1 ədəd qızıl üzüyünü və qızıl sırğasını ələ keçirməkdə şübhəli bilindikləri üçün istintaqa təhvil veriliblər. Pərviz Zeynalovun daha bir rayon sakininə məxsus evdən 39000 manat nağd pul, Abşeron və Suraxanı rayonlarındakı mənzillərdən müxtəlif qızıl-zinət əşyaları oğurlaması da aşkara çıxıb.
- Baxış: 670