Humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur
Qarlı hava şəraitinə baxmayaraq, azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası 75 gündür davam edir. Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, şüarlar səsləndirirlər.
Aksiyaya baxmayaraq yoldan humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur. Xankəndi-Laçın yolundan mütamadi olaraq Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillər sərbəst keçirlər. Bu gün komitənin 6 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid ediblər. Avtomobillərin içərisində erməniəsilli şəxslər olub.Rusiya sülhməramlıların isə 1 avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
- Baxış: 217