• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1495
— 23.02.2023 12:08

Diqqət əksikliyi və hiperaktivlik sindromu

KepezTV Player

Hiperaktivlik və diqqət çatışmazlığı sindromu, həyat boyu davam edə biləcək sosial və psixiatrik problemlərə səbəb olan xəstəlikdir. Əsasən həddindən artıq hərəkətlilik, diqqət problemləri və səbirsiz olmaq kimi əlamətlərlə özünü büruzə verir. Amerika pediatriya assosiyasının verdiyi məlumata əsasən, məktəb dövründə uşaqların 3-5 %-də bu problemə rast gəlinir. Ümumi olaraq əhalinin  5-7-% bu problemdən əziyyət çəkir.

Belə uşaqlar hərəkətlərinə nəzarət və diqqət etməkdə problem yaşayırlar. “ Nə eləsən də, yerində dayana bilməyən”, “ xəyalpərəst”, “düşünmədən hərəkət edən”, “ unutqan” və s. kimi xarakterizə olunan uşaqlar aid edilir. Ancaq  hər aktiv uşaq hiperaktiv kimi dəyərləndirilə bilməz. Məsələn, məktəbdə çox sakit olan uşaq əgər evdə çox dəcəldirsə, evdə valideynlə uşağın münasibətindən asılı olduğu düşünülür.

Hiperaktivlik və diqqət çatışmazlığı sindromu olan uşaqlarda  davranış pozğunluğu, depressiya, psixoloji problemlər, inkişaf gecikmələri, öyrənmədə ləngimələr, tik problemləri, gecə yerini islatma kimi əlamətlərin görülmə ehtimalı yüksəkdir.

Valideynlərlə uşaq arasında etibarlı bağlılıq olduqda  və öz marağı olan sahəyə yönləndirilərkən öyrənmək üçün inamlı olurlar. Məsələn; rəsm çəkmək, rəqs etmək, hər hansı bir musiqi alətində ifa etməkdə bacarığı olan uşağın gərək ki, böyükləri onu o peşəyə uyğun inkişaf etdirsinlər.  Elə məhz buna görə də mütəxəssislər tərəfindən yaradılan “Pozitiv valideynlik proqramı” valideynlərə uşaqların sosial, emosional və davranış problemlərini həll etmək üçün lazım olan inamı və bacarığı verməkdir.

Uşaqların özlərini təhlükəsiz hiss etmələri üçün valideynlər onlara sevgi göstərməli, qayğıkeş davranmalıdırlar. Yaxşı olar ki, səhvlərinə və uğursuzluqlarına baxmayaraq, uşaqlarınıza  həmişə etibar edin  və onlara dəstək verin.

Lalə Bağırova