• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1141
— 23.02.2023 12:13

Azərbaycan Prezidenti Yaponiya İmperatorunu təbrik edib

KepezTV Player

"Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram".  Prezident İlham Əliyevin Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubunda belə yazılıb. "Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm", - deyə qeyd olunub.