KepezTV Player
Şəmkir rayonun Zəyəm Cırdaxan kəndində 63 yaşlı Əntiqə Məmmədovanın yaşadığı evdən meyiti tapılıb. Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçiriblər. Həyat yoldaşı bir neçə il əvvəl ölən qadın evdə tək yaşayırmış. Onun Bakıda yaşayan qızı anası ilə əlaqə qura bilmədiyindən qonşulara zəng edib, qadının ölümü də bu zaman aşkara çıxıb. Meyit ekspertiza üçün rayon morquna aparılıb, hadisə iə bağlı rayon prokurorluğunda cinayət işi açılıb.
- Baxış: 933