"Baydenin Ukraynaya səfərinin nəticəsi döyüş meydanında da hiss olunacaq"
ABŞ Prezidenti Cozef Bayden gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib. Baydenin Ukrayna Prezidenti Volodimir Zelenski ilə Mixaylovsk meydanında görüşüblər. Amerika prezidentinin Ukraynaya səfəri ölkədəki vəziyyətlə yaxından tanış olmaq məsqədi daşıyır. Məlumata görə, Cozef Baydenin Avropaya səfəri zamanı Ukraynanı ziyarət etməsi əvvəlcədən planlaşdırılmayıb. Bu barədə Ağ evdən bildirilib. Qeyri-rəsmi məlumata görə, ABŞ lideri Kiyevə qatarla gəlib.
“Ukrayna bütün gözləntilərin əksinə olaraq, müharibədə uğur qazandı”. Bunu Zelenski ilə birgə mətbuat konfransında Cozef Bayden deyib. O bildirib ki, Ukrayna mütləq qalib gələcək. Ukrayna Prezidenti isə Co Baydenin Ukraynaya səfərinin nəticəsinin döyüş meydanında, ordunun güclənməsində və ərazilərin azad olunmasında da hiss olunacağını vurğulayıb.
Volodimir Zelenski qeyd edib ki,həmkarı ilə uzaqmənzilli raketlərin tədarükünü müzakirə ediblər və Ukrayna ABŞ-dan güclü hərbi dəstək gözləyir.
- Baxış: 220