Münhen Təhlükəsizlik Konfransının diqqət çəkən məqamlarından biri də və az əhəmiyyət kəsb etməyən halı Rza Pəhləvinin bu mötəbər tədbirə dəvət edilməsidir. Bu aydın göstərir ki, artıq dünya İrandakı mövcud rejimi qəbul etmir, İran hakimiyyətinin legitimliyi sual altındadır. İran hakimiyyətinin illərlə yürütdüyü terror siyasəti, bütün regionda destabilizasiya faktoruna çevrilməsi dünyanı narahat edir və artıq bu rejimlə bağlı ortaya konkret münasibət qoymağın vaxtı çatıb. Sivil dünya yaxşı anlayır ki, terrorçu mahiyyəti olan hakimiyyətin nüvə silahı əldə etməsi hansı fəlakətli nəticələrə gətirib çıxara bilər. Buna görə də İranın nüvə silahına sahiblənməsinə heç bir halda yol vermək olmaz. Artıq dünya molla rejimini inkar edir və Rza Pəhləvini İranda hakimiyyətə əsas iddialı sima kimi qəbul edir. Düzdür, Pəhləvilər dövründə Cənubi Azərbaycanda xalqımızın hüquqlarının tapdanması, azərbaycanlılara qarşı basqılar olub. Lakin indi müasir dünya kontekstində ümid etmək olar ki, Pəhləvilər hakimiyyətə qayıdarsa, İranın gələcək siyasi sisteminin formalaşması prosesində tarixi keçmişin acı nəticələri nəzərə alınacaq və yol verilmiş səhvlər təkrarlanmayacaq. Belə olan halda güney azərbaycanlıların itirilmiş dövlətçiliyini bərpa etməsi, Güney Azərbaycanın təbii, tarixi, siyasi və hüquqi haqqının özünə qaytarılması də təmin edilmiş olar. Heç kim bu haqqı inkar edə bilməz. Güney Azərbaycandakı güclü etiraz aksiyaları, terrorçu molla rejiminə qarşı sərt, barışmaz müqavimət bunun əyani sübutudur.
- Baxış: 279