KepezTV Player
Fevralın sonunda, martın ilk həftəsi ərzində Zəngilan rayonun Ağalı kəndinə daha 20 ailə köçürüləcək. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib ki, həmin ailələrin iki mərhələdə köçürülməsi nəzərdə tutulur. Bu vaxta kimi işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə 66 ailə köçürülüb. Vahid Hacıyev onu da vurğulayıb ki, Cəbrayıl və Qubadlıda ilk kəndlərin layihələndirilməsi həyata keçirilir. İlin sonuna kimi daha çox kəndin layihələndirilməsi həyata keçiriləcək. Hər bir rayon ərazisində ən azı iki kəndin layihələndirilməsi gündəmdədir.
- Baxış: 225