Ömürünün 23-cü baharında dünyadan köçən Samir Quliyevlə vida mərasimi dayısının evində keçirilib. Gədəbəyin Böyük Qaramurad kəndində anadan olan 2 yaşında atasını itirdikdən sonra anası və böyük qarşı ilə birlikdə İnəkboğan kəndində yaşayan gənc maddi çətinliklər içərisində böyüsə də, ali təhsil almaq üçün Türkiyəyə yollanıb. Malatyada İnönü universitetində psixologiya ixtisası üzrə 3-cü kurs tələbəsi olan Samir zəlzələdən bir neçə gün öncə vətənə qayıtmalı idi. Çünki, martın 12-si qarşıdaşının toyu olacaqdı. Ancaq müəyyən məsələlərə görə onun Azərbaycana dönməsi ləngiyib. Samir Quliyev əvvəlcə Elağızda iqtisadiyyat ixtisası üzrə təhsil alırmış. 2020-ci ildə həmin şəhərdə zəlzələ baş verib və bunun üçün o, universitetini dəyişməli olub. Təbii fəlakətdən qaçan gənc tələbə 3 il sonra eyni təbiət hadisəsi nəticəsində Malatyada bir evdə qaldığı 3 tələbə ilə bərabər həyata gözlərini yumub. Gəbədəyli tələbə son mənzilə İnəkboğan kəndində yola salınıb. Mərhumla vida mərasimində yaxınları, kənd sakinləri və tələbə yoldaşları iştirak ediblər. Samir Quliyev adıçəkilən kəndin qəbiristanlığında dəfn edilib.
- Baxış: 242