• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2102
— 12.02.2023 19:57

Türkiyəyə yardım kampaniyası davam edir

KepezTV Player

Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün yardım toplama kampaniyası Bakı ilə yanaşı, bölgələrdə də davam edir. Gəncədəki mərkəzi yardım toplama məntəqəsindən-- zəlzələdən zərərçəkmiş insanlar üçün yardım karvanının növbəti partiyası yola salınıb. Yardımın içərisində qış paltarları, gödəkçə, əlcək, çadır, yorğan, döşək, generator və gündəlik ehtiyac duyulan məhsullar var. Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop bildirib ki, yarım AFAD-ın Kahramanmaraşdakı mərkəzinə çatdırılacaq.