• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1277
— 03.02.2023 16:18

Prezident İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini də qəbul edib. Prezident İlham Əliyev imzalanmış sənədlərə əsasən Azərbaycan-İtaliya əməkdaşlığının strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini bildirib, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu deyib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İtaliya şirkətlərinin fəal çalışdıqları vurğulanıb.İki ölkə arasında enerji sahəsində əməkdaşlığın vacib komponenti olan TAP layihəsinin əhəmiyyəti də qeyd edilib. Nazir Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığını qeyd edib. İtaliyanın Azərbaycandan qaz idxalının artırılmasında maraqlı olduğu da nəzərə çatdırılıb.