• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1450
— 31.01.2023 11:29

İctimai həyatda davranış qaydaları

KepezTV Player

Hər insanın hekayəsi fərqli olsa da, onların dünyasını bir cəmiyyətin üzvü olmaq birləşdirir. Bu birlik isə özündə bir çox müxtəlifliyi və ziddiyyəti ehtiva edir. Beləcə, fərqliliklər, uzlaşmazlıqlar ortaya çıxır.

İnsanlar üçün bütünün bir parçası olmaq, cəmiyyətin bir fərdi kimi həyatını dilədiyi kimi yaşamaq çətinləşir. İctimai həyatda normaları bir-biri ilə uzlaşmayan hər kəs anlaşmaqda və uyğunlaşmaqda müəyyən problemlər yaşayır.

Öz doğma mühitində zamanla formalaşan vərdişlərdən uzaqlaşmaq, başqa əraziyə miqrasiya etmiş insan üçün o qədər də asan olmur. Ancaq onu da qeyd etmək lazımdır ki, bu tərz uyğunlaşma prosesi təkcə miqrantın özü üçün çətinlik yaratmır. Eyni zamanda miqrasiya etdiyi bölgədəki insanlar üçün də onların həyata baxış və gündəlik məşğuliyyət  tərzlərinə yad insanlarla bir mühiti paylaşmaq bəzən çox əziyyətli olur. Gəldiyi mühitə uyğunlaşmağa cəhd belə etməyən müəyyən kütlə öz davranışlarıyla yerli sakinləri ciddi şəkildə narahat edir. Onlar da miqrantlardan və onların gəlişindən şikayət etməyə başlayır. Beləcə, miqrantlarla yerli insanlar arasındakı uzlaşma problemləri getdikcə böyüyür və dərinləşir.

Anlaşmazlıq isə əsasən bunlar olur : Mühitə yad olan danışıq üslubu və davranış tərzi, ictimai yerə müvafiq olmayan şəkildə yemək yemək, insanların bir-birinin gündəlik vərdişlərinə tolerans göstərə bilməməsi və s.

Həqiqət budur ki, hamımız bu dünyada qonağıq. Öz evimdən sənin evinə gəlirəmsə, evinə alışana qədər mənə anlayış göstərsən, yaxşı olar. Bilmək olmaz, bəlkə, bir gün də sən mənim evimdə qonaq olarsan. Sevgi ilə, xoş sabahlar!

Aysel Abbasova