• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1494
— 30.01.2023 12:15

Qadınlar və alışveriş

KepezTV Player

Bildiyimiz kimi, hər kəs alış-veriş etməyi sevir. Psixoloqların sözlərinə görə, bu sevginin altında bir sıra psixoloji məqamlar dayanır . Yəni, bu fəailiyyət son illərdə bəzi emosional ehtiyacların yerinə yetirilməsinə də cavab verir. Çünki, yeni bir şey almaq bir çox insana, əsas da qadınlara özünü yaxşı hiss etdirir və güclü olmaq hissi yaradır. Kişilərə nəzərən onların "shoppinq"ə xüsusi maraqlarının olduğu hər kəsə məlumdur. Bəzən qadınlar  istər geyimləri, istər də görünüşləri ilə bağlı komplekslər yaşayırlar və bu da, onların alış-verişinə təsir edir.

Alış-veriş etmək yaxşı hiss etdirdiyi üçün, bu, öz daxilində sonsuz dövr halına gələ bilir, yəni, bir şeyi satın alaraq nə qədər xoşbəxt və şən oluruqsa, elə istəyirik ki, o, hər zaman davam etsin. Nəticədə, bu, bizlərdə aslılıq halına səbəb olur.

Həm evdə, həm də "shoppinq" edərkən ən çox güzgüyə baxırıq. Güzgü, qadın əşyasıdır və hər zaman onu üzərlərində gəzdirərlər. Bəzi qadınlar hansı vəziyyətdə olmaqlarına baxmayaraq, güzgüyə baxmaqdan çəkinmirlər. Görünüş, yaxud geyimləri ilə bağlı kompleksi olan xanımlar isə, demək olar ki, ondan qaçırlar. Ümumiyyətlə, qadının böyük problemi sevmədiyi həqiqəti qəbul edə bilməməkdir. Hər kəsə məlumdur ki, çirkin qadın yoxdur, baxımsız qadın var.