KepezTV Player
Tarif Şurasının bu gün keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.Ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 40 qəpik - 1 manat təsdiq olunub. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən edilib.Metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik olub. Qərar fevralın 3-dən qüvvəyə minir.
- Baxış: 200