2 saylı Gəncə regional “Asan xidmət” mərkəzinin fəaliyyətinin biri ili tamam olub. Bu məqsədlə mərkəzə agentlik tərəfindən mediatur təşkil edilib.
Mediatur iştirakçıları mərkəzdə vətəndaşlara göstərilən xidmətlərlə tanış olublar. Mərkəz Nizami yurdu ilə yanaşı Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarında qeydiyyatda olan 1 milyona yaxın vətəndaşla birlikdə ölkə üzrə ərazi məhdudiyyəti olmadan xidmət göstərir. Fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanan mərkəz həm sakinlərin işini asanlaşdırır, həm də xidmətləri əlçatan edir.
Mərkəzin 208 nəfər çalışır və 85 könüllüsü var. İşçilərinin sayı isə 40 nəfərdir ki, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllülərindən cəlb olunanlardır.
2 saylı Gəncə regional “Asan xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 360-dən çox xidmət həyata keçirilir. Gün ərzində mərkəzə 900-1100 arası vətəndaş müraciət edir.
Ölkə üzrə 24 “ASAN Xidmət” mərkəzi mövcuddur. 10 illik fəaliyyəti dövründə mərkəzlərin xidmətindən 60 milyona yaxın vətəndaş yararlanıb.
- Baxış: 225