KepezTV Player
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Ekoaksiya iştirakçıları bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 6 minik avtomobilinin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı da 11-ə çatıb. Bu, Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.
- Baxış: 354