• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1092
— 26.01.2023 16:21

Su və kanalizasiya sisteminin yenilənməsinə dövlət büdcəsindən vəsait ayrılıb

KepezTV Player

Gəncədə içməli və tullantı su infrastrukturlarının yenidən qurulması layihəsinin icrası davam edir. Ötən müddətdə yeni şəbəkələrin yaradıldığı ərazilərdə əhalinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun görüşündə Gəncənin sosial-iqtisadi inkişafında içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində başlanılan işlərin hazırda dövlət investisiyası hesabına davam etdirildiyi və 2023-cü ilin dövlət investisiya proqramında bu məqsədlə vəsait ayrıldığına diqqət çəkilib. Hazırda şəhərdə paylayıcı şəbəkələrin tikintisi və sayğaclaşma işləri həyata keçirilir. Bu il layihənin icrası çərçivəsində görüləcək işlər Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə ətraflı müzakirə edilib.