KepezTV Player
Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 45 gündür davam edir. Həmişə olduğu kimi, aksiya içtirakçıları bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Gənclər plakatlar qaldırıb, “Sərvətlərimizin talanı dayansın!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.
Bu gün Rusiya sülhməramlılarına məxsus bir mülki minik avtomobili Laçın yolundan maneəsiz hərəkət edib. Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur
- Baxış: 290