Oturaq həyat tərzi. İşdə də otur. Evdə də otur. Oturaq insanların qidalanması. Bütün bunların sağlamlığımıza təsiri.
Dövrümüzün aktual problemlərindən biri də, oturaq həyat tərzidir. Müasir texnologiya bugünkü gündə bir tərəfdən işimizi asanlaşdırsa da,digər tərəfdən sağlamlığımıza ciddi ziyan vurur... Bəs görəsən oturaq işlə məşğul olan insanlar öz sağlamlıqlarını hansı üsullarla qoruyurlar?
Son illər insanların görmə qabiliyyətinin zəifləməsindəki artım oturaq həyat tərzi məcburi kompüter və telefondan çox istifadə ilə bilavasitə əlaqədardır. Ona görə də , bu halın yaratdığı xəstəliklərin qarşısını almaq üçün, istər ofisdə, istərsə də evdə monitor qarşısında əyləşəndə iş arası hər saatdan bir 5-10 dəqiqə fasiləyə vaxt ayırmalıdırlar.
Alimlər vurğulayır ki,psixi və fiziki baxımdan sağlam qalmaq üçün, hərəkət etmək mütləqdir. Amma bütün günlərini masa arxasında keçirən insanlar üçün , buna zaman ayırmaq çətinlik yaradır. Həftədə sadəcə bir neçə saat hərəkət etmək sağlam qalmanız üçün yetərli ola bilər. Fiziki aktivlik və düzgün qidalanma sağlam həyat tərzinin ünəmli şərtlərindəndir. Hərəkətsiz həyat tərzi və qeyri-sağlam qidalanma, bir çox xəstəliklərin yaranması üçün risk faktorudur. Qidalanmanın balanslı təşkili çox vacibdir.Belə ki, kalorisi az, vitamin və mikroelementlərlə zəngin qidalar rasiona daxil edilməlidir. Meyvə tərəvəzə daha çox üstünlük verilməlidir.
Insan həyata bir dəfə gəlir.Sağlamlıq ən təxirəsalınmaz işdən də, qazanılan puldan da önəmlidir. Buna görə də çalışaq ki, bu həyatı sağlam başa vuraq.
Insan həyata bir dəfə gəlir.Sağlamlıq ən təxirəsalınmaz işdən də, qazanılan puldan da önəmlidir. Buna görə də çalışaq ki, bu həyatı sağlam başa vuraq.
- Baxış: 298