Gözəllik qurban tələb edir. Xüsusilə də müasir dövrdə insanlar gözəl görünmək naminə xarici görünüşlərinə xələl gətirən amillərdən qurtulmaq üçün hər əziyyətə qatlanırlar. Burada söhbət estetik görünüşü yaxşılaşdırmaq üçün edilən lazer epilyasiyasından gedir. Bu xidmətlərdən qadınlarla yanaşı güclü cinsin nümayəndələri də yararlanır.
İstənilməyən tüklərdən qurtulmanın bir çox yolu var ki, hazırda bunlardan ən geniş yayılmışı lazer epilyasiyasıdır. Bu üsuldan son dövrlərədək qadınlar istifadə edirdisə, hazırda kişilərin də müraciətləri artıb. Epilyasiya - işıq dalğasının bədənin bir nöqtəsinə yeridilməsi və bunun nəticəsində tükün kökünün yanmasıdır.
Minəzzər Həsənova lazeroloq: Lazerin əslində bir çox növü var, buz lazer, diod lazer. El arasında onların adını da dəyişib deyirlər. Və aleksandirit kandella. aleksandirit şüasi dəriyə 750 mm dalğa uzunluğunda gedir. Və dərinin 3 mm qədər gedir. Dərinin derma qatına kimi gedir və damara çatmır. Pasient qızıl qaydalara əməl eləsə ziyanı yoxdur və lazeroloq düzgün etdikdə. Pasientlərdə nə vaxt ləkə qalır. Dərəcə düzgün seçilmədikdə hava şəraitinə baxılmadıqda dərinin tipinə dərinin nə qədər yaşlandığına və makiyaj tər-tmiz silinmədkdə. Çox təəssüf ki, ləkələr qala bilir, bizim üçün ən əlverişli ağ dərilərdir. Ancaq biz dəri rəngi biraz tünd olanları da rahat işləyə bilirik.
Əvvəllər bu sahəyə müraciət edənlər sadəcə qadınlar olurdusa indi vəziyyət başqadır. Lazer epilyasiyasından artıq kişilər arasında da geniş istifadə olunur.
Minəzzər Həsənova lazeroloq: Bəylərin son illərdə son iki ildə artması əslində bizi sevindirir. Çünki gigiyena baxımından həm də komfortlu görünüş baxımından üz, boyun, boğaz və qolaltı kimi nahiyələrə gəlir bəylərimiz. Bərbərə 1 həftə 10 günə getmirlər. Artıq ay yarım iki aydan bir müraciət edirlər. Və çox rahat olurlar.
Elvin Məhərrəmov şəhər sakini: Artıq iki il olar ki, gəlirəm. Əvvəl biraz çəkinirdim gəlməyə. Sonradan gördüm ki, bu daha rahatdır. Tez tez bərbərə getməyə də vaxtımız olmur. Çox razıyam. Rahatçılıqdı.
İnsanlar arasında lazer epilyasına qarşı müxtəlif xoflar var. Bu bədənə verilən şüadan şiş xəstəliyinin yaranması, yanan tüklərin bədənin daxilinə inkişaf etməsi, şüanın sonradan yanıqlar əmələ gətirməsi və s. hallardır.
Həkimlər lazer epilyasiyasından istifadə etmək istəyənlərə tövsiyə edirlər ki, cilddə iltihablı yaralar, uçuq, ziyil, axıntılı və sızıntılı eqzema varsa, bu prosedur qətiyyən edilməməlidir. İşığa həssas, xroniki cild xəstəliyi olan dərilər də lazerdən yararlanmamalıdır. Günəş işığına həssas olan insanlar epilyasiyaya başlamamışdan əvvəl testdən keçməlidirlər. Bu zaman dəridə narahtlıq yaranmazsa, epilyasiyanı davam etmək məsləhətdir.
Azad İsmayılov dermatoloq : Lazer düzgün dozada verilməlidir. Lazer verilmədən əvvəl xəstənin şüaya qarşı həssaslığı yoxlanılmalıdır. Əlbətdə burada allergik xəstəliklər nəzərdə tutulur. Lazer birbaşa heç bir xəstəlik törətmir. Lazer şüalarının əslində bədənə müsbət təsiri də var. Sadəcə diaqnoz düzgün qoyulmalıdır. Bədənin bütün nahiyyələrinə tətbiq oluna bilər. Kimdəsə onkoloji xəstəlik varsa lazer şüası əks göstərişdir.
Əgər yuxarıda sadalanan göstərişlərdən heç biri yoxdursa, 12 yaşından böyük insanlara lazer tətbiq etməyin ziyanı yoxdur. Hamilə qadınlara isə ilk 3 ayda lazer epilyasiyası edilməməlidir.
- Baxış: 245