• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 13.01.2023 11:53

Erkən nigaha ”YOX” deyək

KepezTV Player

İnsanın səsləndirərkən belə tükləri ürpənir. Yaşının erkən vaxtında fikirləri alınmadan evləndirilən qızların əksəriyyəti həyatının necə puç olunduğunu bir neçə ildən sonra anlasa da artıq gec olur. Təhsildən, karyeradan, rahat həyatdan məhrum olunan bu qızlar kiminsə oyuncağına çevrilərək ancaq ev işləri görməyə, dünyaya uşaq gətirməyə məcbur edilirlər. Bu da azmış kimi onlarla evlənənlər azyaşlı qızla evlənməyi özlərinə fərasət sayır. Nəticədə zaman ötdükcə onlarda psixoloji yetişkənlik olmadığı üçün bir sıra problemlər yaranmağa başlayır ki, bu da depressiv hallarının çoxalması ilə nəticələnir.

Elə bu yaxınlarda Dövlət Statistika Komitəsi də nikah yaşına çatmayan qızların uşaq dünyaya gətirməsi ilə bağlı statistikanı açıqladı. 16-19 yaş qadınlar arasında aparılan statistikaya əsasən məlum olub ki, 84 körpəni 16 yaşa qədər qadın, 341-ni 16 yaşda, 1225-ni 17 yaşda, 2972-ni 18 yaşda, 4854-nü isə 19 yaşda olan qadınlar dünyaya gətirib. Rəqəmlər, həqiqətən də, vəziyyətin ciddiliyindən xəbər verir. Lakin buna onları məcbur  edənlərin əksəriyyəti elə onların valideynləridir. Bu, ən çox cəmiyyətin hansı vəziyyətdə olduğunu ifadə edir.