• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1644
— 12.01.2023 11:08

Qış aylarında vitamin çatışmamazlığının qarşısını necə ala bilərik

KepezTV Player

Insanın ən qiymətli sərvəti onun sağlamlığıdır. Bunun üçün  orqanizmdə baş verən problemlərə məsuliyyətsiz yanaşmamalıyıq. Fəsillər dəyişdikcə bədənimizdə bəzi vitamin çatışmazlığı olur. Yanlış fikirdir ki, immun çatışmazlığı  təkcə qışda və yazda olur. Əslində, ilin hər fəslində baş verən hava dəyişkənliyinə diqqət etmək lazımdır. Qış mövsümündə isə həkim məsləhəti ilə qəbul etdiyimiz vitaminlər xəstəliklərin qarşısını almaq üçün kifayətdir . Ancaq  suda həllolunan, C  və B qrup vitaminləri orqanizmdə cəmi bir-iki həftə qalır. Sonra isə mənimsənilməyərək  orqanizmi tərk edir. Həkimlər deyir ki, soyuqdəymə hallarına bu aylarda  tez-tez rast gəlmək təsadüf deyil, ya vitamin ya da immun çatışmazlığı ilə  əlaqəli olur.

Şəhər sakinləri qışda öz sağlamlığını necə qoruyur və hansı vitaminlərdən istifadə edir?

Bu aylarda məhz orqanizmin müqavimətinin artmasında önəmli rol oynayan məhsullarla qidalanmaq vacibdir. Mütəxəssislər qışda ən çox C vitamininə ehtiyac duyduğumuzu  və xəstəliklər zamanı qəbul etməli olduğumuzu bildirirlər. Bunun üçün bol-bol təzə, zədəsiz meyvə və tərəvəzlərdən istifadə etməyə diqqət yetirilməlidir. Kartof və ət məhsullarının qəbulu C vitamini baxımından ən zəngin qida məhsuludur. Amma bu qidaları istifadə etdikdən sonra hərəkətliliyi artırmaq vacibdir ki, qidalar bədəndə adekvat sərf oluna bilsin. İnsan gündə 5-6 kilometr gəzməlidir. Oturaq həyat tərzi keçirən insanlarda isə ət qidaları problem yarada bilir. Bir sözlə, qidalanma zamanı iş şəraiti də nəzərə alınmalıdır. Bizim sağlamlığımıza bizdən daha yaxşı diqqət edən ola bilməz. Bunun üçün qidalanmağımıza və havaların sərt keçdiyi bu günlərdə özümüzə diqqət edək.