• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 920
— 16.01.2023 20:56

35 ildir yurd həsrəti ilə yaşıyanlar

KepezTV Player

Düz 35 ildir Göyçə mahalının Basarkeçər rayonun Zod kəndinin sakinləri öz dədə-baba torpaqlarından ayrı düşüblər. Yurd həsrəti ilə yaşayanların inam çırağı Ölkə başçısının Qərbi Azərbaycanlılarının tarixi toraqlarına qayadacaqları ilə bağlı xəbəridir.Qəlblərdə olan ümidsizlik və həsrətə son qoyulur.

Azad Haqverdiyev Zod kənd sakini: Basarkeçər çox qədimi addır. Əmir Teymurun adı ilə bağlıdır. Onun basılmaz ordusu olub. Hara gedib basılmayıb ona görədə basılmaz ordu deyiblər. Əmir Teymur gəlib Göyçədən Təbrizə gedəndə Göyçədə olub və nə isə oranı qırmayıb. Oranı basıb keçib. Ona görədə 1300-cü illərdə oranın adı qalıb Basarkeçər.

88 yaşlı Azad Haqverdiyev də təxminən 7 əsirə yaxın tarixi olan və 15 minə yaxın sakinin, 800 ailənin yaşadığı Göyçə mahalının Basarkeçər rayonun Zod kəndində anadan olub. Deyir kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olublar, erməni vandallığı baş qaldıranadək. Kənddə tarix müəllimi işləyən Azad baba 1988-ci ilin yanvarında digər həmvətənlilərimiz kimi doğma yurddan didərgin düşərək Göygölə pənah gətirir. 35 il əvvəlin bu günlərini xatırlamaq heç də asan olmasa da ard-arda gələn müjdəli xəbərlər Haqverdiyevlər ailəsində sevinc yaradıb.

Azad Haqverdiyev Zod kənd sakini: Hamımızın arzusu var ki, biz öz vətənimizə qayıdaq. Axı biz orada boya-başa çatmışıq. Biz oranın torpağınnan inkişaf edib orada yaşanışıq. Biz burada yaxşı yaşasaqda ata-baba elinə qayıtmaq çox əzizdir. Hörmətli prezidentimizin bu çıxışını eşidəndə çox sevindim. Oturub fikirləşəndə deyirdim ki, görən gedib o yerləri görə biləcəmmi? Ümidvaram ki, bu arzumuz yerinə yetiriləcəkdir. Bu arzuya hörmətli prezidentimizin təşəbbüsü ilə çatacağıq.

Nuranə Haqverdiyeva  Zod kənd sakini: Prezidentimizin çıxışı bizidə sevindirdi, ruhlandırdı. Gənc pedaqoq olaraq mən özümdə istiyərəm ki, Qərbi Azərbaycana Göyçə mahalına qayıdaq. Həmin ərazidə öz kəndimiz olan Zodda öz ixtisasım üzrə fənnimi tədris edəm. Şagirdləri məndə maarifləndirmək şansını əldə edim.

Azad baba Qərbi Azərbaycan İcmasının səsinə də səs vermək niyyətindədir. Dədə-baba torpaqlarını görüb onun inkişafı üçün əlindən gələni etmək üçün təklifləri və istəkləri var.

Azad Haqverdiyev Zod kənd sakini: Fikrim odur ki, bu təşkilat yaranıb elə bir komissay təşkil edə. Ermənilər Laçından gəlib Xankəndinə gedir. Bizim  kilərdə təşkil edə komissiya ilə yaşadığımız yerlərə nəzarət edək ki, orada vəziyyət neəcədir? Orada biz qayıdışda biz nə etməliyik? Yoxsa ermənilər oranıdamı dağıdıblar ki, azərbaycanlılar ora qayıtrmasın. Mənim təklifim odur. Vətənimizdir də dövlətin də təhlükəsizliyi var, biz nədən qorxuruq? Gedək bir axtaraq görək ki, ermənilər bizim yaşadığımız yerləri ermənilər nə ediblər?.

Haqverdiyevlər ailəsinin hər bir üzvü ata-babalarının uyuduqları kəndə qayıdacaqları günü səbirsizliklə gözləyir. O gün isə uzaqda deyil.

Elnur Vahidoğlu