• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1019
— 13.01.2023 12:01

1,9 milyon vətəndaşın gəliri artacaq

KepezTV Player

Prezident İlham Əliyev bu gün yeni sosial islahat çərçivəsində sosial müavinətlər, təqaüdlər, maaşların artımı ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb. Fəxri adlara görə verilən təqaüdün məbləği artıb. Doğuma və ölümə görə müavinət 500 manata qaldırılıb. Beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manat müəyyən edilib. Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 manat olub. Ailə başçısını itirməyə görə müavinətin məbləği 120 manata çatdırılıb. Yaşa görə müavinət 220 manat olub. Həmçinin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara verilən təqaüdlərdə də artım var. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların işçilərinin maaşları da artırılıb.