KepezTV Player
Goranboy rayonunda ahıl qadın bədbəxt hadisə nəticəsində ölüb. Olay rayonun Şəfibəyli kəndində qeydə alınıb. Yerli sakin, 1942-ci il təvəllüdlü Mirzəyeva Validə Yadulla qızı yaşadığı fərdi yaşayış evində hamamda olan su çəninin partlaması nəticəsində başından aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
- Baxış: 445