• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1694
— 08.01.2023 20:33

Molla rejiminə qarşı etirazlar davam edir

KepezTV Player

Molla rejiminə qarşı etirazlar davam edir. Tehranın Şuş qəsəbəsində aksiya keçirilib. Təqaüdçülər sosial təminat idarəsinin qarşısına toplaşaraq, yaşayış şəraitinin pis olmasına və tələblərinin yerinə yetirilməməsinə etiraz ediblər.

Tehranda Sura Universitetinin tələbələri də edamlara qarşı aksiya keçiriblər. Tələbələr "Bəsic, Sepah, siz bizim İŞİDimizsiz" kimi rejim əleyhinə süarlar səsləndiriblər.

Sənəndəç şəhərində sahibkarlar da molla rejiminə qarşı olduqlarını sərgiləyiblər. Etiraz olaraq mağazalarını, iş yerlərini bağlayaraq tətil ediblər. "Edama yox, islam respublikasına yox" şüarları səsləndiriblər.

İsfahanda da aksiyalar keçirilib. Etirazçılar küçələrə axışaraq "Hər öldürülən adamın arxasında minlərlə adam var", "Mən namuslu qadınam" kimi şüarlarla mollalara qarşı çıxıblar.

Zahedanda aksiya iştirakçıları xameneyinin əleyhinə şüarlar səslənidiriblər, etirazlarını nümayiş etdiriblər.

Noyabrın 21-də etiraz aksiyaları zamanı saxlanılan Binab şəhərindən olan Leyla Nasiri isə zorakılığa məruz qalıb. Qadın təhlükəsizlik idarəsinin təcridxanasında döyülüb, dindirildikdən sonra Marağa zindanına köçürülüb. Xanım fəalın müraciətinə baxmayaraq, Binab şəhər prokurorluğu onun girov qarşılığında müvəqqəti sərbəst buraxılmasına icazə verməyib. Qadına qarşı irəli sürülən ittihamlar da açıqlanmayıb.

Daha bir fəal, Urmiyada yaşayan Davud Kabali isə "İctimai asayişi və nizam-intizamı pozmaq" ittihamı ilə mühakimə olunub. O, 5 il 6 ay həbs, 3 şallaq zərbəsi, 250 saat məcburi əmək cəzaları alıb, 9 milyon tümən cərimə edilib.

Bu arada, molla respublikasında davam edən etiraz aksiyaları fonunda yerli valyuta vahidinin ABŞ dolları qarşısında məzənnəsi ucuzlaşıb. ABŞ dolları tümən qarşısında rekord həddə bahalaşıb. Belə ki, 1 ABŞ dolları 41 min tümənə bərabər olub.