Bayramı bizə sevdirən cəhətlərdən biri də süfrələrin bir-birindən ləziz yeməklər, şirniyyatlarla dolu olmasıdır. Bu məqamda "Gördün yemək, daha nə demək?!" prinsipini əsas tutub, hər təamdan rahatlıqla nuş edirik. Bəzən heç çəkinmədən, yağlı bayram plovunun üstündən hətta şirniyyatlardan da dadırıq. Ən qəribəsi isə odur ki, bu qədər bol kalorili, yağlı, şirin təamların qəbulunun sonradan orqanizmimizə necə təsir göstərməsi barədə düşünmürük. Amma əbəs yerə.
Yeni il Bayramı şirniyyatlar, növbənöv hazırlanan təamlar ilə süfrəmizin bəzənjməsinə səbəb olur. Qısa müddət ərzində bol kolorili qida qəbulu, rasionumuza olunan ciddi dəyişlik mənfi nəticələrə gətirib çıxarda bilər. Bu baxımdan həkimlər xüsusilə, qida qəbulu zamanı nə yediyimizin və qədərində yeməyin vacibliyinə diqqət çəkir.
Kolorili qidaların qəbulu sağlam insanlar üçün də bir sıra xoşolmayan nəticələrə səbəb ola bilər. Elə buna görə də, həkimlər balanslaşdırılmış şəkildə, az-az, tez-tez qida qəbulunu tövsiyyə edir. Əks halda bayram sonrası ən yaxşı halda həkim məsləhəti ilə dərman qəbulu qaçılmaz ola bilər.
İstənilən halda, sağlamlıq amili hamı üçün önəmlidir. Elə bu səbəbdən də, bayram günlərində qida qəbuluna xüsusi diqqət etməliyik. Ən azından, sonradan yarana biləcək fəsadlardan əziyyət çəkməmək üçün...
Nərgiz Əhmədqızı
- Baxış: 426